Jurnalist, “Misra TV”nin rəhbəri Fuad Abbasov Sitat TV-nin canlı yayımında qonaq olub. O, İranın Azərbaycandakı casus və narkotik şəbəkəsindən danışıb.
F.Abbasov Sitat TV-yə bildirib ki, İranın narkotik vasitlələrininən böyük satış bazarı Azərbaycandadır:
“İranın casus şəbəkəsi və narkotik şəbəkəsi ilə mübarizə üçün səfirlikdə zabitimizin öldürülməsini gözləmək lazım deyildi. Bütün bunlar terror hadisəsindən sonra meydana gəldi. Məgər indiyə qədər bilmirdik ki, İranın casus şəbəkəsi var? Hətta İranın ən böyük narkobazarı Azərbaycandadır. Azərbaycan üzərindən Rusiyaya və digər ölkələrə narkotik aparılır".
F.Abbasovun sözlərinə görə, çox yaxşı olardı ki, biz İranın Azərbaycanda casus şəbəkəsinin təmizlənməsinə 3 il əvvəl başlayardıq: "Casus şəbəkəsinin nəticəsidir ki, Azərbaycandan İrana müəyyən məlumatlar ötürülüb. Bu məlumatların bir çoxu məxfi məlumatlardır. İran vətəndaşlarının burada azərbaycanlı xanımlarla ailə qurub, leqallaşırlar, vətəndaşlıq alırlar. Vətəndaş olaraq müəyyən dövlət qurumlarında işə girirlər. O işlərdən nə məlumatlar ötürürlər, bir Allah bilir”.
Məğrur,
Sitat.info