Abşeron RPİ-nin Qobu Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb.
“Sitat.info” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat zamanı qəsəbədə yaşayan Əhəd Qədirov tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən külli miqdarda - 2 kiloqrama yaxın heroin aşkar olunub. Əhəd Qədirov ifadəsində bir müddət əvvəl “Araz” adlı İran vətəndaşı ilə tanış olduğunu, daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifinə razılıq verdiyini bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi ə narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı Qobu PB-də toplanan materiallar Abşeron RPİ-uə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu, son 1 ay ərzində Hökməlidə keçirilən 4-cü oxşar əməliyyatdır.