Qaxda narkotik alveri edən cütlük tutuldu - Fotolar

09:00 16 Fevral 2023

Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cütlük saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Sitat.info"ya verilən məlumata görə, rayon sakini Ramazan Balacayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Şükufə Hacıyevadan heroin və metamfetamin aşkar edilib. Onların yaşadığı ünvandan isə külli miqdarda heroin aşkarlanaraq istintaqa təhvil verilib. Saxlanılan şəxslər ifadələrində narkotiki sosial şəbəkədə tanış olduqları İran vətəndaşından onlayn yolla aldıqlarını bildiriblər.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Ş.Hacıyeva bir müddət əvvəl də paytaxtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Həmin faktla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Ş.Hacıyeva bundan sui-istifadə edərək yenidən analoji cinayəti törədib.

 






Xəbər xətti