Fevralın 16-da saat 22 radələrində Yevlax rayonunda evlərin birində 2003-cü il təvəllüdlü Başxanım Salmanovanın odlu silahla öldürülməsi barədə polisə məlumat daxil olub.
Sitat.info-nun məlumatına görə, DİN-in mətbuat xidmətindən bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.