Bakıda avtobusun altından meyit çıxarıldı

09:15 21 Fevral 2023

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin meyitinin “İveco” markalı sərnişin avtobusunun altından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə “Sitat.info”ya FHN-dən bildirilib.

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 



Xəbər xətti