"Vardanyan Azərbaycan ərazisini tərk etməyənə qədər onunla mübarizəmiz başa çatmayıb" - Politoloq

17:30 23 Fevral 2023

"Laçın yolundakı etirazın Ruben Vardanyanla əlaqəsi yoxdur. Etirazın tələbi Qarabağdakı yataqlarda monitorinqə imkan verilməsiylə bağlıdır. Bu tələbimiz yerinə yetirilməyib. Ona görə də Ruben Vardanyan “dövlət naziri” vəzifəsindən istefaya göndərildi deyə etirazın dayandırılması doğru olmaz".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

Onun fikrincə, etiraz Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətimiz yaradıldıqdan sonra başa çatmalıdır: "O ki qaldı Ruben Vardanyana, onun iki seçimi qalıb: ya Qarabağda qalıb bizə problem yaratmaqda davam edəcək, ya da bunun mənapsız olduğunu anlayıb maliyyəsini və biznesini idarə edəcək ölkələrdən birinə köçəcək. Ruben Vardanyan Azərbaycan ərazisini tərk etməyənə qədər onunla mübarizəmiz başa çatmayıb".



Xəbər xətti