Rusiyada ağır böhran gözlənilir: Qubad İbadoğludan Rusiyadakı soydaşlarımıza XƏBƏRDARLIQ

09:38 9 Mart 2022

İqtisadçı alim Qubad İbadoğlu Rusiyada yaşayan soydaşlarımıza 8 iqtisadi məsləhət verib. 

SİTAT.İNFO bu məsələhətləri təqdim edir. 

1. Pulunuzu rublda yalnız cari xərcləriniz qədər saxlayın.

2. Sərbəst vəsaitləriniz varsa, onları ya xarici valyutaya (fərq etmir, dollar, avro, funt sterlinq, frank, kron, yuan, hətta təngə də ola bilər), ya qızıla çevirin, ya da idxal mallarına (yeni avtomobil, elektronika, məişət avadanlıqları), ya da ən pis variantda 5-10 illik müddətdə gözləyəcəksinizsə Rusiyanın tanınmış şirkətlərinin hazırda ucuzlaşan səhmlərinə yerləşdirin. Ən yaxşısı budur ki, rublla olan sərbəst vəsaitinizin bir hissəsini müxtəlif xarici dönərli valyutaya, digər hissəsini qızıla yerləşdirin. Necə deyərlər, bütün yumurtaları bir səbətə yığmayın. Pullarınızı müxtəlif valyutalara və bazarlara yerləşdirin ki, riskləriniz az olsun.

3. Evinizdə ehtiyat yaradın, uzunmüddət saxlanıla bilən, tez xarab olmayan ərzaq və məişət məhsullarını topdan satış qiyməti ilə alın.

4. Sabit xərclərinizi, məsələn, kirayə haqları, kommunal xərcləri, internet, telefon və sair məsrəfləri əvvəlcədən bir neçə aylıq və ya 1 illik ödəyin.

5. Sanksiya altına düşən banklarda (VTB, Promsvyazbank, Sovkombank, "Otkritie" və Novimbank, Sberbank, Qazprombank, Rossiya, İS Bank, General Bank, və Qara Dəniz Bankı), xüsusilə də cari və hesablaşma hesablarında rublla çox pul saxlamayın, depozitlərinizi geri götürün və 2-ci bənddə qeyd etdiyim müxtəlif istiqamətlərə yönəldin.

6. İş adamları xüsusilə də inşaat və sənaye sektorunda böyük öhdəliklər yaradan yeni layihələri dəyəri əvvəlcədən ödənilmək və büdcəsi öncədən təsdiq olunmaq şərtilə götürməyin, çünki bir müddətdən sonra mal və xidmətlərin bahalaşması ayrılan büdcə hesabına götürdüyünüz işi başa çatdırmağa imkan verməyəcək.

7.Ticarətçilər saxlana bilən mallarınızı tez satmağa çalışmayın, sonra görəcəksiniz ki, topdan aldığınız mal sizin pərakəndə satış qiymətinizdən bahadır.

8. Əmlak bazarına sərmayə qoymağa tələsməyin, bu bazarda digər bazarlardan fərqli olaraq qiymətlər xeyli ucuzlaşacaq.

SİTAT.İNFO



Xəbər xətti