Lavrov Bakı səfərində verdiyi açıqlamada Laçın dəhlizində nəzarət məntəqəsinin qurulmasına Rusiyanın razı olmadığını bildirib.
Lakin Azərbaycan tərəfi bu məsələni prioritet elan edib. Hazırda aparılan danışıqlarda isə Laçın dəhlizində nəzarətin texniki avadanlıqlarla təmin edilməsi qeyd edilir.
Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən siyasi şərhçi, Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov bildirdi ki, Azərbaycan nəzarətin tam bərpa edilməsini istəyir: "Onsuz da diplomatiyada bir az dərin tələb qoyursan ki, ondan nə isə qazanasan. İndi əgər hissləri bir kənara qoysaq, bu da qazancdır. Biz havadan davamlı olaraq yolu nəzarətdə saxlaya bilərik. Rentgen postlar qura bilərik. Ermənilərin yediyini burnundan gətirə bilərik. Məsələ, bu maşında rentgen şübhəli nəsə göstərdi. Ruslardan tələb edərik ki, yoxlasınlar. Ruslar da onsuz da ermənilərə dərs keçmək istəyir. Çünki ermənilər ruslara lazımi təşəkkürü etmir".
A. Hüseynov vurğuladı ki, bu arada geri qayıdış sürətlənməlidir: "Orada yüksək həyat tərzi yaşayan Hüseynə baxan, onu gözü ilə görən Qurgen deməlidir ki, bizim həqiqətən ağlımız olmayıb. Biz Azərbaycan vətəndaşı olmaq istəyirik. Mən heç vaxt emosional izah tərəfdarı olmamışam. Ruslar texniki nəzarəti təmin etməyə söz verirsə, bu da qazancdır. Biz ruslarla ancaq diplomatik işləyə bilərik. Bu xalqımızı, insanlarımızı qorumaq üçün lazımdır".
Siyasi şərhçi qeyd etdi ki, texnologiyanı, hərbi elmini inkişaf etdirmək, güc olmaq lazımdır: "Bizim gücümüz ərazi və sayda deyil, ancaq bundadır. Eyni zamanda, ideoloji olaraq toparlanmaq lazımdır. Erməni tarixən xaçlı, səlibçi, anti - türk və anti- İslam ideyalogiyasına sahib olub, ondan qidalanıb. Biz bəs? Biz də türk-islam ülküsü mərkəzli yüksək texnoloji inkişaflı dövlət olmalıyıq. Geosiyasəti də emosiya ilə deyil, elmi analizlə oxumalıyıq.
Nərgiz,
SİTAT.İNFO