Kürdəmirdə ailə faciəsi - Azyaşlı bacılar öldü

09:00 6 Mart 2023

Kürdəmirdə iki bacının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gecə rayonun Karrar kəndində 2012-ci il təvəllüdlü Qasımzadə Səma Elton qızı və onun 2014-cü il təvəllüdlü bacısı Fəridə hamamda dəm qazından zəhərlənib. Bacılar xəstəxanaya aparılarkən yolda vəfat ediblər.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti