"Xankəndi və ətrafı bizim daxili işimizdir, ruslara icazə verməyək ki..." - Natiq Cəfərli

13:14 7 Mart 2023

"Ermənistan-Azərbaycan məsələsi ilə Xankəndi məsələsini bir-birindən ayırmaq lazımdır. Xankəndi və ətrafı bizim daxili işimizdir. Heç kimə icazə verməməliyik ki, bu məsələyə toxunsunlar. Ruslara da demək lazımdır ki, daxili işimizlə bağlı Xankəndidəki icma ilə özümüz danışacağıq". 

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Rusiya ilə bağlı isə hüquqi sürəclərin başlamasına ehtiyac var: "Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması bizim Konstitusiyanın tələbidir. Bu 10 noyabr sazişi ilə tənzimlənə bilməz. Rusiyaya bu mənada sərt xəbərdarlıq etmək lazımdır. Qəfil bir gecənin içində biz orada postumuzu qura bilərik. Ondan sonra nə edəcək Rusiya? Gəlib dağıdacaq? Risklər əlbəttə var. Amma bu dəfə Rusiya düşünsün. Çünki qarşısında təkcə biz deyilik, burada Türkiyə məsələsi də var".

Ekspert vurğuladı ki, Rusiya ilə bağlı məsələlərə hüquqi aydınlıq gəlməlidir: "Biz Rusiyadan hələ ki, heç nə istəmirik. Rusiya isə bizdən istəyir ki, əlaqələri korlamayın, müttəfiqlik imzalayaq və sair. Biz də heç olmasa sərhəd-keçid məntəqələrini qurulmasını istəməliyik. Rusiya buna müqavimət göstərir. Çünki Cənubi Qafqazdakı bütün  kommunikasiya xətlərinin sahibi  olmaq fikrindədir". 

Nərgiz,

Sitat.info



Xəbər xətti