Qabil Hüseynlidən sülhməramlılara SƏRT SÖZLƏR: "30 il əvvəl 366-cı motoatıcı diviziya hansı funksiyanı yerinə yetirirdisə..."

17:12 7 Mart 2023

"Hazırda region  çox gərgin dövrlərini yaşayır. Yenə də gərginlik Rusiya amilindən, İran amilindən qaynaqlanır. Erməni amili də öz yerində. Bu gün bölgədə sülhməramlı adı ilə yerləşən, əslində sühə xidmət etməli olan ordu separatçılarla əlbir olaraq Azərbaycana qarşı təxribatlar həyata keçirirlər. Çox təəssüflər olsun ki, müəyyən qədər gec olsa da, alternativ yolun olması haqda fikirlər yayılsa da, biz onun işlək yol olması haqqında dəqiq təsbitləri əldə edə bildik. Sən demə orada işlək yol olub və həm Xankəndinin təchizatı, həm digər ərazilərimizdəki erməni tör-töküntülərinə silah və digər ləvazimatlar daşınırmış".

Bu sözləri Sitat.info-ya açıqlamasında Qarabağdakı son hadisələri dəyərləndirən politoloq Qabil Hüseynli deyib. 

Onun sözlərinə görə, bu yolun çəkilməsində, müəyyən yerlərinin abadlaşdırılmasında sülhməramlıların ermənilərə kömək etməsi şübhəsizdir, bu videokadrlarda da var: 

"Nə demək olar? Rusiya qüvvələri təxminən 30 il əvvəl Qarabağın dağlıq hissəsində 366-cı motoatıcı diviziya hansı funksiyanı yerinə yetirirdisə, orada Azərbaycana qarşı hansı provakasiyalar həyata keçirilirdisə, Xocalı soyqırımını həyata keçirirdilərsə, bu gün də sülhməramlılar həmin yaramaz işlərlə məşğuldurlar". 

Q.Hüseynli vurğuladı ki, Rusiya 5 mart hadisələrində yenə də obyektivlik nümayiş etdirmir: " Yayılan bəyanatda bilidirilir ki, guya silahlı atışmada bölgəyə silah gətirən qüvvələrlə Azərbaycan ordusunun bhissələri arasındakı çatışmada Azərbaycan tərəfini günahkar edlan edib, məsuliyyəti Azərbaycanın üzərinə atıblar. Bunu nə haqla deyirlər? Axı biz  öz ərazimizə nəzarət etmək istəyirik, siz isə bu əraziləri zibilləyibsiniz...".

Nərgiz,

Sitat.info



Xəbər xətti