Güllələnənlərdən biri tələbədir - AÇIQLAMA

16:57 10 Mart 2023

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident zamanı yaralananlardan biri tələbədir.

 

Sitat.info Qafqazinfo-ya istinadən xəbər verir ki, güllə yarası alan 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetində təhsil alır.

Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat katibi Günel Aslanova “Qafqazinfo”ya faktı təsdiqləyib.

“Təəssüf hissi ilə bildirirəm ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb. Adıçəkilən tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri bitdikdən sonra universitetdən çıxıb”, - ATU rəsmisi bildirib.

Qeyd edək ki, hadisə yerinin yaxınlığındakı restoranda çalışan hal şahidi bildirib ki, atəş səsi eşidən kimi çölə çıxıblar: “Həmin vaxt artıq cinayətkar qaçmışdı. Yaralılar ayağından vurulmuşdu. Dərhal təcili yardım çağırdıq, həmin əsnada yaralılardan biri mənə bildirib ki, tələbədir”.



Xəbər xətti