Ərdoğan seçkini ona görə bir ay qabağa çəkdi ki... - Politoloq AÇIQLADI

17:21 10 Mart 2023

"Ərdoğan fikrimcə doğru qərar verdi. Seçki vaxtının dəyişməsi Konstitusiyaya da uyğun olmazdı. Qanuna görə seçki vaxtı yalnız müharibə baş verərsən dəyişdirilə bilər. Əlbəttə zəlzələ Türkiyəyə böyük fəlakət gətirib, amma Konstitusiyaya zidd olaraq vaxtı dəyişmək və gələn ilə saxlamaq düzgün olmazdı".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, seçkinin oktyabrda təyin olunacağı barədə də fikirlər vardı, ancaq Ərdoğan düzgün olaraq seçkiləri 1 ay qabağa saldı: "Türkiyənin iqtisadi problemləri də var. Ərdoğana tənqidlər də çoxalıb. Ərdoğan  düşünür ki, nə qədər ki, reytinqi yüksəkdir və  mübarizə aparmaq üçün kifayət edir , seçkini keçirmək lazımdır. Ona görə uzatmadı. Eyni zamanda vaxt uzanarsa, iqtisadi problemlər çoxalacaq və müxalifət bundan Ərdoğanın əleyhinə istifadə etməyə çalışacaq ki, reytinqi aşağı düşsün. Ərdoğanın hal-hazırki rəqibi Kılıçdaroğludur və onun üzərində qələbə çalacağını düşünür. Amma çətin mübarizə olacağına əminəm".


Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti