"Pensiya ilə bağlı problem təkcə yaş məsələsi deyil" - Natiq Cəfərli

17:32 10 Mart 2023

"Təqaüd yaşı məsələsi yenidən müzakirə mövzusu olub, hətta məzarlıqda monitorinq aparanlar da tapılıb, amma bu məsələnin məğzi qalıb kənarda. Birincisi, Azərbaycanda təqaüd yaşının azaldılması ilə yanaşı, və hətta daha çox təqaüd məbləğinin artırılması yolları tapılmalıdır. İkincisi, Avropada, məsələn Fransada təqaüd yaşının artırılması cəhdi böyük etirazlara, mitiq-yürüşlərə səbəb olur, bizdə isə əhalinin böyük bir qismi yaşın artırılmasında hətta məmnun olurlar - çünki, maaşlar həmişə təqaüddən çox olur, işləyənlərin təqaüdçülərdən fərqli olaraq "çax-çuxu" da olur".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O vurğulayıb ki, problemlər çoxdur və bu məsələ tək yaş məsələsi deyil, insanların təqaüdlə dolana bilməməsi, dövlətin bu sahədə də inhisarçı olması məsələsədir: " Bu sahədə özəl fondlar yaranmalı, vətəndaşın seçim və fərdi, özəl müqavilə bağlamaq imkanı olmalıdır...".

Nərgiz,

Sitat.info



Xəbər xətti