"Ərdoğan I turda qalib gələcək" - Qabil Hüseynlinin ŞƏRHİ

17:49 10 Mart 2023

"Türkiyədə müxalifətin əsas qüvvələri "Altılı masa"da toplanıb. Amma onların arasında ciddi fikir ayrılıqları var, üstəlik də onların irəli sürdükləri namizəd Camal Kılıçtaroğlu - Cümhuriyət Xalq Partiyasının lideri o qədər də xalq içində populyar olan adam deyil".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

Onun fikrincə, Ərdoğanın qarşısına zəif namizəd irəli sürdülər: "Ərdoğan indiki xarizmatik şəxsi ilə, qazandığı reputasiya ilə o qədər də çətin olmadan seçkilərin 1-ci turunda qalib gələcək. Eyni zamanda Ərdoğanın seçkilərin  1-ci turunda qalib gəlməsi və yenidən ölkənin cümhurbaşqanı seçilməsi Azərbaycanın həm strateji, həm də taktiki maraqları baxımından çox əhəmiyyətli olacaqdır".

Sevinc Cavadzadə,

Sitat.info



Xəbər xətti