Antalya görüşü nəticəsi qaldı: Lavrov və Kuleba əslində nə üçün gəlmişdilər?

18:58 10 Mart 2022

"Lavrovla Kulebanın Antalya görüşü nəticəsiz başa çatdı. Açıqlamalar göstərir ki, Rusiya görüşə Türkiyənin təklifini geri çevirməmək, Ukrayna Belarusda qurulan masadan ayrılmaq üçün gəlib. Moskva istəyir ki, Ukrayna Krım və Donbası tanısın, “neytral status”la razılaşsın. Kiyev təklif edir ki, ABŞ, Fransa, Almaniya, Rusiya və Türkiyənin iştirakı ilə Ukraynanın təhlükəsizliyinə zəmanət verilsin,Krım və Donbası da müzakirə edə bilərlər".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, bu prosesdə müzakirələrin və razılaşmaların hansı masada olması önəmlidir: " Türkiyə, yaxud Avropa masasında Ukrayna istədiyinə tam nail olmasa belə, razılaşmanın Putinin tələbləri çərçivəsində olmayacağı da məlumdur və Kiyev daha güclü olan üçüncü tərəfin vasitəçiliyi ilə zəmanət əldə edə bilər. Moskva özünün qurduğu Belarus masasında Kiyevin təslim olmasına çalışır: Lavrov buna görə bildirir ki, onlar Belarus platformasında danışmaq istəyirlər;

Belarusda üç nəticəsiz görüş keçirilib, növbəti raundun vaxtı bilinmir və görünən budur ki, Rusiya Ukraynanın Belarus masasında şərtləri qəbul etdirmək üçün hücumu davam etdirəcək". 



Xəbər xətti