Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılır

18:12 14 Mart 2023

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Saziş müzakirə olundu.

Yeni Saziş qüvvəyə mindikdən sonra Türk dövlətləri arasında sadələşidirilmiş gömrük dəhlizinin yaradılacaq.

Bu barədə Sitat.info-ya danışan deputat, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarının mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur: "Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq Pilot Layihə icra olunacaq. Pilot Layihəyə dəhlizin praktiki reallaşdırılmasını təmin etməsinə xidmət edəcək".

V.Bayramov vurğulayıb ki, 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasındakı ticarət dövriyyəsi 6.0 milyard dollardan çox olub: "Son illər tərəflər arasındakı iqtisadi və ticarət əlaqələrdə ciddi inkişaf müşahidə olunur. 1.2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr Türk əsridir".

Nərgiz,

Sitat.info



Xəbər xətti