"Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə ermənilərin Şuşa və Hadruta qayıtması mövzusuna toxunub. Paşinyan xarici işlər naziri Ararat Mirzoyana tapşırıb ki, bu məsələni BMT-nin qaçqınlar komissarı qarşısında qaldırsın".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Paşinyan bununla Azərbaycana qarşı şikayətlərin artmasına çalışır: "Paşinyan bununla nəyə nail olmaq istəyir? Görünür, Ermənistanın baş naziri beynəlxalq təşkilatlara göndərdikləri şikayətlərin sayını artırmaqla Azərbaycan üzərində üstünlük qazanacağını düşünür. Paşinyanın iddiasının qarşılığında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da BMT-nin qaçqınlar komissarı qarşısında azərbaycanlıların qovulduqları Xocalıya, Şuşanın kəndlərinə, Xankəndinə və Qarabağın digər məntəqələrə qaytıması məsələsini qaldırmalıdır".
Məğrur,
Sitat.info