Qaxda gənclər arasında dava - Bıçaqlanan var

17:00 24 Mart 2023

Qaxda bıçaqlanma olub.

"Sitat.info" xəbər verir ki, hadisə dünən saat 18 radələrində Qax rayonunun Şotavar kəndi ərazisində baş verib.

Belə ki, kənd sakinləri, 22 yaşlı Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxs münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zəminində A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.



Xəbər xətti