Tutuquşu ifadə verdi, qətlin üstü açıldı

11:10 27 Mart 2023

Hindistanda məhkəmə tutuquşunun ifadəsi əsasında iki kişiyə ömürlük həbs cəzası verib.

Sitat.info xəbər verir ki, bu barədə “India Today” yazır.

Cinayət 2014-cü ildə Aqra şəhərində törədilib. Yerli qəzetin baş redaktoru Vijay Şarma oğlu və qızı ilə birlikdə qonşu şəhərə toya gedib, həyat yoldaşı evdə qalıb.

Qayıdandan sonra evin qarət edildiyini, arvadı və itinin öldürüldüyünü görüb. Evdə yaşayan tutuquşu yemək və içkidən imtina etməyə başlayıb. Bununla əlaqədar Vijay Şarma quşun qətlin şahidi ola biləcəyindən şübhələnib.

Şarma cinayət törədə biləcək şəxslərin adlarını sadalamağa başlayıb. O, qardaşı oğlu Aşunun adını deyəndə quş qışqırmağa və qəfəsin içində çırpınmağa başlayıb. Tutuquşunun oxşar reaksiyası polis tərəfindən də müşahidə edilib və tezliklə şübhəli şəxsi həbs edib.

Vijay Şarmanın qardaşı oğlu dostu ilə birlikdə qətli törətdiyini etiraf edib. Zərərçəkənin qızı qeyd edib ki, Aşu onların evinə tez-tez baş çəkir və evdə qızıl-zinət əşyaları və nağd pulun harada saxlandığını bilirdi.



Xəbər xətti