Azərbaycanlı tiktoker ölkədən çıxarkən saxlanıldı

17:19 27 Mart 2023

Azərbaycanda axtarışda olan tiktoker Əmrah Məhərrəmov saxlanılıb.

Sitat.info xəbər verir ki, Ə. Məhərrəmov Gürcüstandan Azərbaycana gələrkən Hava limanında yaxalanıb. Onun barəsində olan sənədlər toplanaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Ə . Məhərrəmov barədə Daxili İşlər Nazirliyinə şikayət edilib.

Şikayət əsasında o hüquq mühafizə orqanlarına dəvət edilsə də, o məsuliyyətdən yayınıb.

Nəticədə onun barəsində cinayət işi başlanıb və o axtarışa verilib.



Xəbər xətti