"Ümid edək ki, yeni yaradılan agentlik köhnə vərdişlərdən imtina edəcək" - Natiq Cəfərli

18:30 30 Mart 2023

"Azərbaycanda su təsərrüfatı ilə məşğul olan qurumların bir mərkəzə birləşdirilməsi doğru qərardır. Çünki resursların bir  mərkəzdən idarə olunması daha effektiv olur. Bu mənada 3 qurumun bir agentlikdə birləşdirilməsi məntiqlə doğrudur".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, sadəcə qalır bunun strukturu və idarəetmə fəlsəfəsinin dəyişdirilməsi: "Ümid edək ki, yeni yaradılan agentlik köhnə vərdişlərdən imtina edəcək. Azərsu və Meliorasiya İdarəsi kimi idarə olunmayacaq, daha açıq, daha şəffaf bir qurum olacaq. Bu agentliyin yaradılması özlüyündə idarəetmənin keyfiyyətini artırmır, sadəcə effektiv idarəetmə üçün şəraitin yaranmasına səbəb olur. Əsas məsələ indi struktur və idarəetmənin qurulmasıdır. Əgər bu şəffaf qurula bilsə Azərbaycan üçün müsbət nəticələnə bilər".

Məğrur,

Sitat.info 



Xəbər xətti