Azərbaycan mayın 10-a kimi Laçın dəhlizində... - Politoloqdan mühüm anons

17:30 3 Aprel 2023

"May ayının 10 -na kimi Laçın dəhlizində post qoyulması gözlənilir. Azərbaycan Laçın dəhlizi ətrafında və Ermənistanla şərti sərhəddə mövqelərini möhkəmləndirir. Həmçinin Qarabağa alternativ yollara nəzarəti bərpa etməklə separatçılar üzərində təzyiqləri gücləndirib. Demək olar ki, Ermənistanla Qarabağda separatçılar arasında hərbi lojistik əlaqələr kəsilib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O vurğulayıb ki, Azərbaycan may ayının 10-a kimi Ermənistanla sərhəddə və Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi quraşdıra bilər: " Azərbaycan çox ciddi strateji yüksəkliklər və Şuşanın iki kəndinə nəzarəti ələ almaqla Ermənistanla şərti sərhəddə yeni ərazilərdə yerləşib. Bütün proseslər Xankəndində Azərbaycanın de-yure suverenliyinin bərpasına hesablanıb. Bu il ərzində Ermənistandan Qarabağda erməni icmasına qaz və elektrik xətti dayandırıla bilər. Azərbaycan özü Xankəndi və ətrafını qaz və elektrik enerjisi ilə təmin etməsi gözlənilir. Qarabağda silahlı erməni birləşmələrinin ləğvinə gəldikdə isə, bu məsələdə öz həllini tapacaq".

M.Əsədullazadə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün danışırlarda irəliləyiş əldə edilməsi əsasən Ermənistan rəhbərliyinin Avropa İttifaqının müşahidə missiyasının əli ilə Azərbaycana təzyiq imkanlarını genişləndirmək durmuşdu: "Artıq İrəvan Avropa İttifaqının müşahidə missiyasına da ümid etmir. Prezident İlham Əliyev bu il ərzində səssiz hərbi əməliyyat və diplomatiya ilə ciddi uğurlara imza atır".

Məğrur,

Sitat.info



Xəbər xətti