Türkiyənin Arvtin bölgəsində azərbaycan əsilli şəxs külli miqdada qızılla saxlanılıb.
Sitat.info Türkiyə KİV-nə istinadən bildirir ki, Regional Polis Şöbəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Azərbaycan vətəndaşı F.A.-nın Hopa rayonundakı bazara qaçaqmalçılıq yolu ilə qızıl daxil etməsi barədə məlumat alıblr və onu izləməməyə başlayıblar.
Saxlanılan F.A-nın üzərindən 218 sırğa, 122 üzük, 119 kulon, 110 boyunbağı, 48 qolbaq, 3 plastik qızıl üzük və 1 plastik qızıl boyunbağı olmaqla, ümumi çəkisi 1 kilo 641 qram olan 621 ədəd qızıl-zinət əşyaları götürülüb.
Zinət əşyaları müsadirə edilib. F.A isə ifadəsi alınması üçün polis bölməsinə aparılıb.