Ələsgər Məmmədli Avropanı ikiüzlü adlandırdı: "Hələ çox stalinlər, putinlər yaradacaqsınız"

15:24 12 Mart 2022

"Rusiyanın beynəlxalq hüququ heçə sayaraq Ukraynanı işğala girişməsi Rusiyaya haqlı olaraq həm iqtisadi-siyasi basqıları və etirazları doğurur həm də beynəlxalq mühitdə təcridə sürükləyir.

Bu mənfur işğalın konteksində adam istəmir ki, başqa məsələldən bəhs edib, Ukraynanın haqlı mübarizəsinə kölgə salsın.  Lakin son günlər ard-arda ölkəmizə qarşı qərbdən atılan addımlar bunlara toxunmadan keçməni mümkünsüz edir.

Avropa Parlamenti 30 il ərzində Azərbaycanın suveren ərazilərini (Aİ üz ölkələr hamısı Azərbaycanın suverenliyini və ərazi bütünlüyünü tanıyıb) işğal edib, 21-ci əsrin xəyalət xarabalıqlarını yaradan Ermənistanın bu vandalizmini görməyib, indi ölkəmizi guya Qarabağda erməni mirasına zərər verdiyimizə görə qətnamə qəbul edib. Özüdə nə az nə çox, 635 nəfər “avropalı siyasətçi” lehə səs verib, cəmi 2 nəfər əleyhə gedib. Bu qədər ikiüzlü yanaşma insanı şok edir. Üstəlik hər kəs Ukraynanın Suveren ərazilərinə girən işğalçı Rusiyanın hərəkətini qınayarkən!".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi Ələsgər Məmmədli deyib. 

Onun sözlərinə görə, bu yerdə ikili standartlarla bağlı haqlı sual yaranır: " Ciddi sual yaranır, necə olur ki, haqlı olaraq İşğalçının birinə bütün yolları bağlayır, sanksiyalar tətbiq edir, hətta işalçını cəzalandırmaq üçün Ukraynaya maddi, silah və insan dəstəyi verirsiz, amma Azərbaycanın suveren ərazilərinə girib, bütün ərazisini səhraya çevirən, bütün tarixi-mədəni irsini yox edən Ermənistanı qınamaq bir yana, bəsləyir, dəstəkləyirsiz? Sizin ədalətinizə bundan sonra kim güvənər?

Ukraynaya rus təcavüzünün 17-ci günündə BMT-nin açılamasına görə 564 sivili qətl edildi və haqlı olaraq bu hərəkətin Cenevrə Konvensiyasına görə müharibə cinayəti olduğu yüksək səslə bildirildi və dərhal məsələ Haqa Tribunalı önünə gətirildi. Halbuki bu 564 rəqəmi erməni vəhşilərinin Xocalıda sadəcə bir gecədə əliyalın 613 sivilin qətledilməsindən daha azdır və üstəlik birbaşa hərəfə alınıb, gözü oyularaq, qarnı şişlənərək, yandırılaraq qəddarca edilib. Hansısa bombalama zamanı birbaşa və ya dolaylı olaraq ölməyib". 

Ə.Məmmədli vurğuladı ki, iki işğalçıya olan münasibətdə kəskin fərq var: "Sadəcə Ermənistanın ərazilərimizi işğalı zamanı öldürülənlərdən, əsir alınlanlardan başqa bu gün 4000-dən çox vətəndaşımızın taleyindən xəbər yoxdur. O cümlədən mənim şəxsən qohumlarımdan da… Son günlər məlum olur ki, onlar kütləvi qətl edilib toplu çuxurlara atılıb. Bir neçə toplu məzarın tapılması bunu sübut edir.

İşğalçı Rusiyaya haqlı olaraq ağır iqtisadi və siyasi sanksiyalar qoyulur, Putini və onun emsarlarını hər yerdə boykot edir, Lavrov hətta ekranda danışarkən belə ona arxasını dönüb, gedirlər. ABŞ-ın ən böyük sosial şəbəkə devi olan Meta şirkəti bir az da irəli gedib, bu işğalçılara söyməni, onlara yönəlik nifrət nitqini, ölüm təhdidini qoruma altına alıb, sərbəs olduğunu ifadə edir. Halbuki Xocalı soyqırımını birbaşa idarə edən və praktik iştirak edən Köçəryan və Sarkisyan tam 20 il məhz bu Avropalıların hər zaman mataq dəvətlisi olaraq, Brüssüldə, Strasburqda, Parisdə, Londonda, Berlində, Vaşingtonda və digər yerlərdə yüksək nəvaziş və hörmətlə qəbul edilib, şənlərinə təriflər deyilib, kürəkləri sığallanıb, yardımlar dəstəklər verilib. Avropa Parlamentində oturan “kalustuklu mədəni avropalı siyasətçilər” bir dəfə olsun işğalçı Ermənistana bu qətliamların, bu müharibə cinayətlərinin, bu itkin talelərin aqibətini soruşmayıb, cinayətlərdə birbaşa iştirak edənlərə isə daim yaşıl işıq yandırıb. Aİ qətnaməsində Azərbaycanda ermənifobiya siyasətini pisləyərkən, bütün Qərb rusafobiyanı zərurət kimi təbliğ edir".

Ekspertin fikrincə, digər bir şokedici yanaşma ATƏT-in Minsk qrupunun ABŞ-lı həmsədrinin təktərəfli bəyanatı oldu: "2 gün öncə “sülhməramlı”ların nəzarətindəki ərazidə Azərbaycan əsgərinə atəş açan və bir əsgərimizi şəhid edən qanunsuz silahlı erməni silahlısı cavab atəşi zamanı ölüb. Bu olay ABŞ-lı həmsədri yaman narahat edib və şəxsən onun adını çəkərək ölümündən üzüldüyünü deyib, başsağlığı filan verib, sonra da bizi hədəf alıb. İndi təsəvvür edin ki, ABŞ-lı bir diplomat Ukraynanın əsgərinə atəş açan “Donbas Respublikası”ərazisində olan qanunsuz silahlı bir rusun ölümünə üzüldüyünü və Ukraynanı qınayan bir açıqlama verir? Təsəvvür edə bilirsizmi? Mümkün deyil. Bu qədər ikiüzlü yanaşma düşünən hər kəsi incidir, hiddətləndirir.

Toplu qətledilənlər müsəlman, boşnak, azərbaycanlı, uyğur, ərəb, əfqan, çeçen … olduqda ciddi hərəkət yox, onlar seçkin deyillər, eləmi?

Cənablar, bu gün dünya barışını təhdid edən ən böyük təhlükə nə putinlərdir, nə digərləri, onlar gəldi-gedərlərdir. Dünya barışını təhdid edən ən böyük təhlükə ədalətsiz yanaşmalar, ikili standartlar, bərabərsizliklərdir, diskriminasiyalardır. Bunları aradan qaldırmadan daha çox stalinlər, putinlər yaradacaqsınız". 

SİTAT.İNFO



Xəbər xətti