Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilib.
Sitat.info-nun yerli bürosunun verdiyi məlumata görə, hakim Dadaş İmanovun sədirliyi ilə keçirilən məhkəmə iclası 3-saata yaxın davam edib. Budəfəki məhkəmə prosesində İlkin Süleymanovun mobil telefonu ilə bağlı ekspertizanın rəyi ətrafında dinləmələr keçirilib.
Həmin dövrdə ekspert kimi işləyən Məmməd adlı şəxs məhkməyə çağrılıb, hakimin, prokurorun və müdafiə tərəfinin suallarını cavablandırıb. İlkin Süleymanovun mobil telefonunda cizgi filimləri və pornoqrafiq foto aşkar olunub. Qətlə yetirilən Nərmin Quliyevanın yaxınları da ekspertizanın rəyini məhkəmədə öyrənib.
Prosesdə İlkin Süleymanov onun mobil telefonundan kontaktların silindiyini, telefonuna müdaxilələrin olunduğunu bildirib. Təqsirləndirilən şəxsin yaxınlarının iddiasına görə, ibtidai istintaq zamanı İlkin Süleymanovun mobil telefonuna qanunsuz olaraq müxtəlif proqramlar yükəlnib və telefon ekspertizaya elə təqdim edilib. Məhkəmədə mobil telefonun yenidən tədqiqata cəlb edilə edilməsi ilə bağlı təklif də səsələndirilib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin (xüsusi amansızlıqla qəsdən adam öldürmə), (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.