"İran İslam adına ləkədir. Biz istəmirik ki, İranla qarşıdurma olsun, istəyirik ki, normal qonşuluq siyasəti yürüdək. Ancaq bizə hədə-qorxu gəlirsə, buna göz yummalı deyilik. Kim nə deyirsə desin. İranın bu əlaltıları yarısı casuslardır, yarısı da beyniyuyulmuşlardır".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.
O bildirib ki, İran casuslarının saxlanılmasına etiraz etmək olmaz, amma bu prosesin maksimum ədalətli aparılmasına ehtiyac var: "İran casuslarının kütləvi şəkildə tutulmasınə bəziləri haqsızlıq adlandırırlar. Ancaq nə edək? Hər yer casus qaynayır, hara gedirsən İran casusu var. Sadəcə bizim hüquq-mühafizə orqanları diqqətli olmalıdır ki, kimsə bu prosesdən istifadə etməsin, başqa zəmində düşmənçiliyi olan İran casusu adı ilə kimisə şərləməsin. Dövlət və təhlükəsizlik məsələsində belə hallara yol vermək olmaz. Əsaslı şəkildə kimi tuturlarsa, xalq da dəstəkləyir. Lap yüzlərlə casus tut, amma haqlı yerə, faktlarla hərəkət elə. Səs yazıları olsun, videoları olsun.
T.Abbaslı əlavə etdi ki, bu prosesdə haqsız saxlanılanların olması da mümkündür: "Türkiyədə FETÖ məsələsində haqsız tutulanlar oldu. Ancaq biz çalışmalıyıq ki, haqsız tutulanlar olmasın, çünki bu insan taleyidir. Ancaq düşünün ki, Fazil Mustafaya güllə atan zehniyyət 125 deputata da güllə ata bilər, kütləvi yerlərdə insanlara da atəş açar. Sadəcə orada hədəf Fazil Mustafa olub. Bu zombilərin əlinə aftomat verib məktəbə və ya metroya da göndərsəydilər, o əmri icra edəcəkdi. Biz həm Ermənistanla, həm Rusiya ilə, həm İranla, bir tərəfdən də içimizdəki İran casusları ilə müharibədəyik".