"Rusiyanı o səviyyəyə salacaqlar ki, əyalət dövləti olsun. Bir sözlə ayını əhilləşdirəcəklər. Özümdən əvvəlki nəsillərə imperiya miras qoymaq düşüncəsindən çəkindirilməlidir. Böyük dövlətçilik şovnizmi ilə nə qədər yaşamaq olar.
Müharibə bitəndən sonra Rusiyanın dirçəlməsi çətin olacaq. Zənnimcə, Rusiya tam nəzarət altında olacaq"
Bu sözləri sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O, bildirib ki, Çin hazırda Rusiyadan daha çox təhlükə mənbəyinə çevrilib.
"Çin özünü yekəxana, bəzi hallarda militarist aparır. Tayvanla bağlı poblemləri var. Tayvanla problemini güc mövqeyindən həll etmək cəhdləri var. Hazırda dünya üçün daha çox təhlükə mənbəyinə çevrilib. Çin bir dəfə də olsun ki, Rusiyanın əlehinə danışmadı. Ədalətli mövqe orataya qoymadı.
Bircə dəfə "Ukraynanın ərazi bütövlüyü bərpa olunmalıdır" dedi. Ancaq Rusiyanın Ukraynaya işğalçılıq siyasəti, törətdiyi hərbi cinayətlər barəsində susdu".
Məğrur,
Sitat.info