Sərdar Cəlaloğlu əsir düşən əsgərimizdən danışdı: "Hərbi hissənin rəhbərliyi ilə bağlı ciddi ölçü götürülməlidir"

18:14 13 Aprel 2023

"Əgərlərin bu şəkildə qulluq zamanı azıb Ermənistan tərəfinə keçməsi faktı üzrə həmin hərbi hissənin rəhbərliyi haqqında ciddi ölçü götürülməlidir. Bu onu göstərir ki, həmin hərbi-hissədə nizam-intizam yoxdur, əsgərlər özbaşınadır. Necə ola bilər ki, əsgər postdan çıxsın getsin erməni kəndinə girsin".

Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu deyib. 

Əsgərimizin əsirlikdə işgəncələrə məruz qalmasına gəlincə, ADP sədri bildirdi ki, bunun üçün beynəlxalq məhkəmələrə və işgəncələr əleyhinə beynəlxalq təşkilatlara müraciət etmək lazımdır: "Əsirlər haqqında qanunu kobud sürətdə pozduğuna görə Ermənistan hakimiyyəti beynəlxalq məhkəmə qarşısında cavab verməlidir". 

Məğrur,

Sitat.info



Xəbər xətti