3 hərbçimiz Laçında hansı şəraitdə şəhid olub - Politoloq "Qisas" əməliyyatından danışdı

18:39 13 Aprel 2023

Politoloq Qabil Hüseynli aprelin 11-də Laçın rayonunda 3 hərbçimizin hansı şəraitdə şəhid olmasından danışıb. 

O, Sitat.info-ya açıqlamasında bildirib ki, hərbçilərimiz açıq döyüş şəraitində həlak olmayıb: "Azərbaycan qisas əməliyyatı keçirə bilər. Çünki bizim 3 nəfər şəhidimiz qarşı-qarşıya döyüş şəraitində həlak olmayıb. Onlar sərhəddi irəliyə çəkmək istəyən erməni ordusuna mane olmaq üçün onlarla danışıqlara gediblər. Onlara bu addımlarının əsassız olduğunu və bu məsələni yuxarı səviyyələrdə razılaşdırmaq lazım gəldiyini bildirəndə , hərbçilərimizə xaincəsinə atəş açıblar. Onların əlində heç silahları da olmayıb. Dinc danışıqlar aparmaq üçün gedən gizirləri, təcrübəli döyüşçülərimizi bu cür xaincəsinə şəhid ediblər. Ondan sonra Azərbaycan ordusunun hücum əməliyyatı başlayıb və düşmən xeyli əsgər itiriblər, yaralıları da çoxdur".

Politoloq Fransanın bu məsələdəki canfəşanlığına da toxunub: "Fransa xarici işlər nazirliyi də açıqlama verir ki, Azərbaycan Ordusu hücuma keçib, Ermənistan ərazilərinə daxil olub, bu əraziləri işğal edib və soyqırım təhlükəsi yaradıb. Erməni və fransızın dilində soyqırım sözü adi bir ifadəyə çevrilib. Halbuki soyqırımı  Fransa törədib, Əlcəzairdə 1,5 milyon adam öldürüb. Tunisdə də, Seneqalda da eyni prosesi həyata keçiblər. İndi Azərbaycan  Ordusu İrəvanın və Tehranın təhriki ilə yaranmış qarşıdurmaya cavab verib. 3 nəfər şəhidimiz var, 4 nəfər də erməni həlak olub. Hücuma keçən də erməni tərəfi olub. Burada soyqırım elementləri var? Nə vaxta qədər ağa qara deyəcəksiniz? Ayıb olsun sizlərə , fransızlar. Yalan-yalnış formada onların hadisələrə reaksiya verməsi sülh prosesini pozur və münasibətləri qaydaya salmaq xeyli çətinləşir".

Səid,

Sitat.info 



Xəbər xətti