İrəvanın məkrli ssenarisi: Təxribatçı hücumlar arta bilər...

13:52 14 Aprel 2023

"Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın eskalasiyaya hazırlaşdığını və Tex (Dığ) kəndində baş verənlərin bu planın bir hisəsi olduğu iddiasını irəli sürüb.

Bu, İrəvanın alibi yaratmaq ssenarisidir: sərhəd boyunca təxribat hücumları ilə hərbi eskalasiya yaradaraq, “Azərbaycanın hücum edəcəyi xəbərdarlığını etmişdik” deyəcəklər".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

A.Nərimanlı bildirib ki, Ermənistanın məqsədi cari dövrdə Aİ missiyasının Bakı-İrəvan xəttində “tərəfə” çevirmək, Rusiyanı oyundan uzaqlaşırmaq və yerinə yeni oyunçular daxil etməkdir: "Bununla onlar orta perspektivdə sülh müqaviləsindən yayınmaq üçün zaman qazanmağa, uzaq perspektivdə 44 günlük müharibədən sonra götürdüyü öhdəlikləri arxa plana keçirməyə, yeni şərtlər və gündəliyin olduğu danışıqlar masası qurmağa çalışırlar. 

Son təxribat buna hesablanmışdı və Qriqoryanın iddiası fonunda bu hücumların genişlənəcəyi gözləntisi daha da artır".

Səid,

Sitat.info

 



Xəbər xətti