"Ən çox vəsait ayırdığımız sahə sosial müdafiə sahəsidir. Dövlət büdcəsinin 42 faizi bu istiqamətdə ayrılıb. Bunlar ancaq əmək haqları, pensiyalar , müavinətlər və sairdir. İkinci yerdə isə dövlət təhlükəsizliyi dayanır. Bu da dövlət başçısının tapşırığıdır".
Sitat.info xəbər verir ki, vu sözlər deputat Vahid Əhmədov bloqer Mehman Hüseynova müsahibə verərkən deyib.
Qazilərin problemləri ilə bağlı sualları cavablandıran V.Əhmədov deyib ki, onlar Sahib Babayevlə görüşmək istədiklərini dilə gətiriblər: "Mən və həmkarlarım dəfələrlə müraciət etmişik ki, Sahib Babayev Milli Məclisə gəlsin və biz onunla görüşək.Çünki pensiya ilə bağlı, pensiya yaşı ilə bağlı məsələlər var. Qazilərlə bağlı, şəhid ailələri ilə bağlı məsələlər var. Bu məsələləri müzakirə edək, ümumi məxrəcə gələk. Elə rayonlar var ki, orada problem yoxdur. Mən Qubada bir vətəndaş qəbul etdim. Dedi ki, banka 4 min manat borcum var. Öyrəndim ki, həmin xanım şəhid anasıdır. Mərkəzi Banka müraciət etdim və onu iki günə həll etdilər, borc silindi. Elman Rüstəmovun dövründə də bir şəhid ailəsinin 10 min manat krediti var idi, Elman müəllimə müraciət etdim, qısa müddətdə sildi. Bizim özümüzdən də çox şey asılıdır".
Deputat qeyd etdi ki, qazilərlə bağlı əsas problem ev məsələsidir: "Biz məsələ qaldırmışıq Sosial Müdafiə Nazirliyi evlər tikməlidir. Kimin torpağı varsa, onlar üçün də ev tikmək lazımdır. Dövlət başçısının göstərişidir ki, qazi və şəhid ailəsi məsələsində problem olmasın".