"Bizim bir əsgərimiz üçün 100 erməni terrorçusu qaytarmağa dəyər" - Alparaslan İmamqulu

15:29 17 Aprel 2023

Hərbi ekspert Alparaslan İmamqulu Ermənistanda əsir saxlanılan iki əsəgrimizin həbs olunmasına münasibət bildirib. 

Sitat.info-ya açıqlamasında bu haqda danışan hərbi ekspert deyib ki, Azərbaycan hər zaman erməni əsirlərə humanist davranıb və onların dəyişdirilməsi də beynəlxalq normativlər çərçivəsində həyata keçirilib. 

A.İmamqulu qeyd etdi ki, Ermənistan bu gün bunu nəzərə almırsa, mütləq buna qarşı addımlar atılmalıdır və tələblər qoyulmalıdır: "Ermənistanın bizdə də əsirləri var və yeni əsirlər də götürülə bilər. Bunu nəzərə almalıdırlar. Azərbaycanın görəcəyi tədbirlər var, əvvəlki kimi humanist yanaşmayacaq və daha sərt addımlar atacaq". 

Hərbi ekspert vurğulayıb ki, bu məsələdə Ermənistan kimi davranmaq elə də çətin deyil: "Qarabağda da yetərincə terrorçu var. Onların aşkarlanması, zərərsizləşdirilməsi, ən yaxşı halda həbs edilib orada ermənilərin davrandıöı imi davranılması çox rahatdır. Biz ilk növbədə əsirlərimizi tələb etməliyik və almalıyıq". 

A.İmamqulunun sözlərinə görə, əsgərlərimizə silah-sursat qaçaqmalçılığı ittihamı irəıli sürülməsi gülüncdür: "Bu sadəcə olaraq ermənilər tərəfindən verilən gülünc qərardır. Bu istiqamətdə hazırda ciddi işlər gedir və gərəkli tədbirlər görülür. Hazırda Ermənistan daha çox terrorçunun bizim əsgərlərlə dəyişdirilməsi üçün çaba göstərirlər. Bizim bir əsgərimiz üçün 100 erməni terrorçusu qaytarmağa dəyər". 

Nərgiz,

Sitat.info



Xəbər xətti