"Paşinyan bizim şərtlər altında sülhə hazırdır, ancaq Rusiya imkan vermir" - ŞƏRH

17:23 18 Aprel 2023

"Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə son çıxışı zamanı  Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırmasının vacibliyindən danışması və eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı sözləri hesab edirəm ki, erməni cəmiyyətinin bu reallıqları artıq qəbullanmaları üçün verilən mesaj idi".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kamran Məmmədli bildirib. 

O vurğulayıb ki, bu Paşinyanın ilk dəfə bu tərzdə açıqlaması deyil: "Bundan öncə 2022-ci ildə Praqada keçirilən görüşdədə anoloji sözlərdən istifadə etmişdi. Paşinyan bu ifadələri tez tez işlətməklə erməni xalqının nəbzini yoxlayır. Xatırlayırsızsa , Paşinyanın bu istəyi ilə bağlı hətta Rusiya Prezidenti Vladimir Putin də çıxışlarının birində bildirmişdi. Sülh müqaviləsinin gizli Vaşinqton variantının mövcudluğu barədə biz ilk dəfə Putinin çıxışından sonra xəbərdar olmuşduq. Həmən çıxışdan sonra Xankəndidə ermənilər genişmiqyaslı mitinq təşkil etdi, hətta İrəvanın mərkəzinədə mitinq təyin olundu. Daha sonra isə məlum olduğu kimi, Soçidə növbəti üçtərəfli görüş baş tutdu və Paşinyan Putinin çətiri altına girərək tamam fərqli münasibət bildirməyə başladı".

K.Məmmədlinin fikrincə, görünən odur ki, Paşinyan bizim şərtlər altında sülh müqaviləsini imzalamağa hazırdır, ancaq buna Rusiya imkan vermir: "Rusiya çox gözəl başa düşür ki, bölgədə Azərbaycan-Ermənistan sülh anlaşması reallaşarsa artıq Rusiyaya ehtiyac qalmayacaq. Nə Rusiyanın Qarabağdakı sülhməramlılarına, nədəki Ermənistandaki hərbi bazasına. Paşinyanın əslində Qərbyönümlü olması heç kəsə sirr deyil. Sadəcə Paşinyan tam olaraq qərbyönümlü olmağın nəticəsini Gürcüstan və Ukraynanın timsalında, onların başlarına gələnləri  gördüyü üçün balansı qorumağa çalışır. Ancaq hər bir halda bizə Paşinyanın verdiyi vədlərə əməl etməsi lazımdır".

Politoloq əlavə etdi ki, Paşinyanın Praqada bir söz, Soçidə başqa söz deməsi , qərarsızlığı məsələnin uzanmasına gətirib çıxarır: "Halbuki hazırki vəziyyətdə məsələnin uzanması bizim leyhimizə deyil. May ayında Türkiyədə keçiriləcək seçkilərdə kimin qazanacağının , Rusiya-Ukrayna müharibəsinin nə ilə yekünlaşacağının məlum olmaması Qarabağ məsələsinədə təsir edə bilər. Bu səbəndən biz vaxt itirmədən Paşinyanı sülh müqaviləsinin bizim şərtləri qəbul edən formada imzalamasına məcbur etməliyik. Bu yöndə beynəlxalq vasitələrdən istifadə edərək prosesi sürətləndirməliyik". 

Məğrur,

Sitat.info



Xəbər xətti