Kardiomaqnil qəbul edənlər BU YAZINI mütləq OXUYUN - Kardioloqdan xəbərdarlıq!

17:43 18 Aprel 2023

"Mənim 68 yaşım var. Mən kardiomaqnil atmıram.  Atam da 93 il yaşadı, ona da bu dərmanı vermədim. Kardiomaqnil və digər qandurulducu  dərmanların hər birinin tətbiqi tamamilə əsassız və yalnışdır. Bunun səbəblərindən biri əhalinin savadsızlığı, digəri isə dərman mafiyalarının biznes maraqlarıdır. Onlar KİV-də bu kimi preparatları reklam edərək qazanc əldə edirlər".

Bu sözləri Sitat.info-ya açıqlamasında kardioloq İdris Xəlilov deyib. 

O vurğulayıb ki, qandurulducu dərmanları istifadə edənlər yaxşı olardı ki, yan təsirlərini də oxuyub daha sonra istifadə etsinlər: "Bu tərkibli preparatları istifadə edənlər hər hansı bir cərrahi əməliyyat zamanı qanaxmadan həyatlarını itirə bilərlər. Tez-tez müxtəlif platformalarda bu haqda məlumat veririk, lakin heç kəs məhəl qoymur. Bundan sonra məsuliyyət yalnız həmin şəxslərin özlərindədir".

İ.Xəlilov əlavə edib ki, belə dərmanların tətbiqinin çox ciddi göstərişləri var: "
1. Ürəyin işemik xəstəliyi olan insanlar,
2. Ürək əməliyyatı keçirmiş, stend qoyulan insanlar,
3. trombları olan insanlar.
Bu kimi problemləri olan şəxslər qandurulducu dərmanları yalnız kardioloqların təyinatı ilə qəbul edə bilərlər. Digər hallarda, müəyyən yaşdan yuxarı insanların, diabet xəstələrinin, zəif  insanların aspirin və digər qandurulducu preparatları qəbul etməsinin heç bir mənası yoxdur. Belə ki, sadəcə qan təzyiqi olan şəxslərin aspirindən istifadə etməsi beyinə qan sızması ilə nəticələnə bilər. Dərman ən az miqdarda qəbul edilən zəhərdir. Zəhəri qəbul edəndə ciddi fikirləşmək lazımdır". 

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti