"Azərbaycan Erməni əsgər və zabitlərini əsir götürməlidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O əlavə edib ki, Azərbaycan höküməti Ermənistan hökümətinə qəti şəkildə əsirlikdə olan əsgərlərin qaytarılması ilə bağlı şərt qoymalıdır: "Əgər əsgərlər bir-iki gün ərzində qaytarılmasa əvvəlcə Azərbaycan eyni ilə Erməni əsgər və zabitlərin sən əsirlər götürməlidir və mübadilə etməlidir".
Sərdar Cəlaloğlu qeyd edib ki, Ermənistanın əsgərlərimizlə bağlı cinayət işi qaldırmalarının səbəbi Azərbaycanda barələrində cinayət işi qaldırılmış ermənilərin mübadiləsidir. Bu məsələ ilə bağlı da qərar çıxacaq, və onlarla bağlı hökm veriləcək. Azərbaycan ömürlük həbs verilmiş ermənilər vardır ki, onların qaytarılması üçün əsirlikdə olan vətəndaşlarımızın cinayət işlərini daha da artıracaqlar.
Seymur Bənnayev
Sitat.info