"Əgər Rusiyanın diktəsi ilə idarə olunan Köçəryan kimi adamlar orada olarsa sülh prosesi biraz da uzanacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə deyib.
Onun sözlərinə görə, Rusiya burada sülhün olmasını istəmir. Amma Paşinyanın bəyanatlarından aydın olur ki, o burada sülhün olmasını istəyir və seçkidən sonra xalqın əksəriyyətinin ona dəstək verməsi Ermənistanın Qarabağla maraqlanmaq istəmədiyinin göstəricisidir.
"Bu günki proseslər onu göstərir ki, Ermənistan artıq necə deyərlər öz canının hayındadır. Onlar artıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tam açıq şəkildə ifadə etməsələr də qəbul edirlər. Bu beynəlxalq sənədlərdə də belədir. Hətta Ermənistanın əvvəlki hakimiyyəti də Qarabağın nə müstəqilliyini nə də Ermənistanın tərkibində hər hansısa muxtar vəya Emrənistana birləşdirilmiş bir ərazi kimi tanımırdılar. Onlar da bilirdilər ki, Azərbaycanın ərazi bütövlüyü pozula bilməz və bu ərazilər Azərbaycan torpaqlarıdır", - Ənvər Ağazadə deyib.
Ənvər Ağazadə həmçinin qeyd edib ki, Onlar Qarabağdan daha çox öz müqəddəratının, sərhədlərinin təyin olunmasını istəyir, Ermənistanın suverenliyi haqqında daha çox düşünürlər: Paşinyan bu gün verdiyi açıqlamadan aydın olur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı nümayəndələrinin də gəlməsinə razıdır. O hər kəsi dəvət edir. Lakin müxtəlif qüvvələrin orada cəmləşməsi problemin həlli deyil, yalnız problemin daha da uzanmasına, münaqişənin sürətlənməsinə səbəb olacaq. Məsələn KTMT-nın tərkibində başqa ölkələr olsa da təşkilata Rusiya nəzarət edir və Rusiyanın diktəsi ilə fəaliyyət göstərir. Münaqişənin yeganə həlli İki tərəfin də biri-biri ilə birbaşa danışıqlara başlamasıdır. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, bizim sözümüz imzanız qədər keçərlidir. Müharibədən sonra da Azərbaycan tərəfi hər zaman sülhlə bağlı addım atan tərəf olub. Azərbaycan burada sülhün bərqərar olmasında maraqlıdır.
"Sülh müqaviləsi imzalanıb kommunikasiya qurularsa inanıram ki hər iki tərəf üçün daha xeyirli olacaq", - O əlavə edib.
Seymur Bənnayev
Sitat.info