"Laçın koridorunda yaradılan nəzarət-buraxılış nöqtəsində sadəcə Ermənistandan gələn şəxslərin kontrolu yox, həm də Rusiyanın "sülhməramlı birliklərinin" kontrolu zəruridir".
Bu sözləri Sitat.info-ya açıqlamasında hüquqşünas Ələsgər Məmmədli deyib.
O bildirib ki, bu keçiş nöqtəsindən keçən bütün maşınların, o cümlədən rus birliklərinin maşınlarının X-ray skaynerlərdən keçirilməsi təmin edilməlidir: "Laçında, Şuşa yolunda və Qarabağın digər yerlərində bastırılan və partlayaraq əsgərlərimizə zərər verən 2021-ci il istehsallı minalar böyük ehtimalla erməni tərəfinin maşınlarında yox, məhz rusların karvan-karvan keçən maşınlarında gətirilir.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus birliklərinin öz ehtiyacları üçün gətirilən silah-sursat isə yalnız Azərbaycanın öz ərazisindən- Bakıdan, Gəncədən, Bərdədən kontrollu və qeydiyyata alınaraq keçirilərək ruslara təqdim edilməlidir".
Nərgiz,
Sitat.info