"Vahid Əhmədov kifayət qədər təcrübəli siyasətçidir. Nə dediyini də yaxşı bilir".
Sitat.info xəbər verir ki, bu sözləri AMİP sədri Arzuxan Əlizadə deyib.
O bildirib ki, V.Əhmədov uzun müddət Azərbaycan hökumətində baş nazirin müavini statusunda fəaliyyət göstərib və çox uğurlu fəaliyyəti olub : "Bizim partiyanın Quba rayon təşkilatından da xəbər alırıq, kifayət qədər seçicilər arasında sevilir, onların qayğısına qalır. Mütəmadi olaraq onların problemlərini parlamentdə qabardır. Və ən əsası real seçilən deputatlardandır. Kifayət qədər səviyyəli iqtisadçıdır".
A.Əlizadə hesab edir ki, kampaniya şəklində onun üzərinə gedilməsi doğru deyil: "Ola bilər fikirlərini fərqli ifadə edib və yaxud kontekstdən çıxarılıb. O həmişə bu cür çıxışlar edib. Əslində Vahid müəllim bu cür məsələlərə toxunaraq problemləri qabardır. Dövlət başçısının diqqətinə çatdırır. Ölkə başçısı da dəfələrlə deyib ki, həm jurnalistlər, parlament nümayəndələri, ictimai şəxslər yerlərdə olan problemləri qabardıb".
Məğrur,
Sitat.info