Diqqətli olmalıyıq! Sərhəd-keçid məntəqəsinə qarşı müəyyən təxribatlar olacaq - Üzeyir Cəfərov

23:00 25 Aprel 2023

"Sərhəd-buraxılış məntəqəsinə qarşı ermənilər tərəfindən müəyyən təxribatlar və təziqlər olacaq, orada rusları içki içərək nalayiq hərəkətlərinin də şahidi olacağıq".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, vaxtı ilə Rusiyanın prezidenti, sonradan baş naziri, bu gün isə təhlükəsizlik şurasının sədr müavini olan Dimitri Medvedev adlı bir "alkaş" gün ərzində 80 axmaq bəyanat verirsə ki, gah berlini alıb orada hərbi parad keçirir, gah Böyük Britaniyanı sulara qərq edir, gah da ki dünyanı nüvə silahı ilə təhdid edir. Onun Qarabağdakı tör-töküntüləri də onlardan nə ağıl, nə də hərbi hazırlıq cəhətdən fərqlənmir. 

Üzeyir Cəfərov qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi kifayət qədər vəziyyəti bilir: "Bilirsiniz ki, DSX-nın Rusiya ilə şimal sərhədlərində bizim əsgərlərimiz həm Dağıstanda, həm də Xaçmaz istiqamətində yüksək səviyyədə xidmət aparırlar. Bura da kifayət qədər məsuliyyətli sahədir və düşünürəm ki, Laçın-Xankəndi yolunda Ermənilərin konserti başa çatıb. İndi onlara bu konsertin hesabını çəkməyin zamanıdır".

Səid

Sitat.info



Xəbər xətti