Avropa sevinməlidir ki, Azərbaycan öz ərazisində terror yuvası yaranmasının qarşısını alır - Partiya sədri

17:34 26 Aprel 2023

"Laçın yolunda sərhəd keçid məntəqəsinin qurulmasına ən sərt reaksiya verən birinci ölkə Fransa, ikinci ölkə Amerika oldu. Nisbətən loyal münasibət göstərən, nala-mıxa vuran Rusiya oldu. İndi bəzi siyasətçilər deyirlər ki, biz Qərbə inteqrasiya etməliyik, Avropa Birliyinə tərəf getməliyik. Avropa Birliyinin bəyanatı çıxdı ki, yolun bağlanmasından narahatıq. Niyə qardaş, niyə sən narahat olursan?".

Bu sözləri Ağ partiya başqanı  Tural Abbası Sitat.info-ya açıqlamasında deyib. 

O sual edib  ki, sivil bir quruluş hansısa dövlətin öz ərazisində nəzarət buraxılış məntəqəsini qurmasına niyə narahat olmalıdır: " Avropa sevinməlidir ki, Azərbaycan öz ərazisi daxilində terror yuvasının əmələ gəlməsinin qarşısını alır. Yoxlanış məntəqəsi adi bir prosesdir, mən yoxlamalıyam ki, sən ərazimə nə gətirirsən. Burada Avropa Birliyini narahat edən nədir? Mən məntiqi başa düşmürəm. Əsaslandırma da budur ki, bu addım danışıqlar prosesini dalana dirəyir. Danışıqlar prosesi iki ildir onsuz da yoxdur. 2 ildir ki, bir addım da irəli getmək mümkün olmayıb". 

T.Abbaslının fikrincə, AB o zaman narahat olmalıdır ki, nəzarətsiz ərazi mövcud olsun və orada terrorçuluq inkişaf etsin: "Azərbaycan regiona sülh, sabitlik, əmin-amanlıq gətirir. Siz nədən narahatsınız?".

Nərgiz,

Sitat.info



Xəbər xətti