"Heç bir halda Rusiya istəməzdi ki, Ermənistanla Qarabağın əlaqəsini təmin edən Laçın yolu üzərindəki nəzarəti itirsin".
Bu fikri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, Rusiya tərəfi bu yoldakı sərhəd nəzarət buraxılış məntəqəsində birgə fəaliyyət haqqında təklif irəli sürə bilər: "Lakin bu Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir. Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini öz Sərhəd Qoşunlarının potensialı hesabına tam təmin etmək iqtidarındadır."
Hərbi ekspert buna cəhd etməsini istina etməyib: "Rusiya tərəfindən belə bir təklif səslənə bilər. Lakin bu bizim tərəfimizdən qəbul edilməz. Azərbaycan Ermənistan deyil ki, öz sərhədlərini başqa dövlətlərə həvalə etsin".
Səid İsaoğlu,
Sitat.info