"Erməni separatçıları çarəsizdir. Bizi dayandıra bilmədiklərinə görə çarəsizdirlər. Bizi heç kim dayandıra bilmədi, sərhəd keçid məntəqəsini də yaratdıq. Sülh daha çox Ermənistana lazımdır. Çünki biz sülh olmadan da yolumuza rahat davam edə bilərik!.
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O vurğulayıb ki, bizim başlıca hədəfimiz Qarabağda nizam-intizam yaratmaqdır: "Mən çox optimistəm. Biz torpaqlarımızı azad etdikdən sonra və Laçın yolunda nəzarət buraxılış məntəqəsi yaratdıqdan sonra tədricən digər hədəflərimizə də çatacağıq. Hazırda Xankəndidə ermənilər vlərini satıb köçməyə çalışırlar. Bu da gözlənilən idi. Kim ki Azərbaycan qanunları ilə yaşamaq istəmir, onlar evlərini satıb köçməli olacaqlar. Bunu prezident İlham Əliyev də dedi. Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilər hansı ölkələrə köçə bilərlər? Varlı erməni ya Amerikaya, ya da Avropaya köçə bilər. Orta təbəqədən olanlar Rusiyaya köçə bilərlər. Məsələn Krosnadar bölgəsində ermənilər kompakt yaşayırlar. Ən kasib ermənilər isə İrəvana köçəcəklər. Yəqin ki, İrəvanda onlara yer olmayacaq, qəsəbələrə yerləşdiriləcəklər".
E.Şahinoğlu hesab edir ki, Azərbaycan dövləti bu prosesi sürətləndirmək üçün şirnikləndirici addımlar atmalıdır: "Bizim burada rolumuz bu ola bilər ki, Xankəndidə satışa çıxarılan evləri dövlət alsın. Bu beyin oyunudur və bu oyunda biz ermənilərdən öndə olmalıyıq. Bunu hansısa vətəndaş ala bilməz, çünki pulu olan bakıdan ev alır. Ancaq dövlət bu istiqamətdə öndə olsa biz müəyyən fəaliyyət göstərə bilərik. Sadəcə orada təhlükəsizlik məsələləri var. Ermənilərin çox Qarabağdan Rusiyaya köçmək istəyər. Burada da rolumuz ola bilər, Bunun mexanizmləri hazırlanmalıdır. Rusiyada azərbaycanlı iş adamları var, elan verilə bilər ki, Rusiyada erməni işçilərə tələb var. Xankəndidəki ermənilərin bölgəni sürətlə tərk etməsi üçün biz fəal olmalıyıq. Sərhəd keçid məntəqəsini bir güllə atmadan həll etdik. Burada yaşamaq istəməyən ermənilərin köçünü sürətləndirməyə də çalışa bilərik".
Səid İsaoğlu,
Sitat.info