"Aleksandr Lentsovun hərbi rütbəsi öncəki komandanlardan yüksəkdir, general-polkovnikdir. Əvvəlki komandanlar general mayor idi. üstəlik Lentsov hələ özünün əsas vəzifəsindən - Quru Qoşunları Komandanının birinci müavini vəzifəsindən istefa etməyib. Bunu əsas gətirərək deyirlər ki, o, ola bilsin buraya vəziyyəti düzəltmək üçün göndərilib. Vəziyyəti düzəltmək isə o deməkdir ki, Rusiya yenə erməniləri müdafiə etmək fikrinə düşüb. Rusiya çalışacaq ki, bizim Laçın yolu üzərində, Həkəri çayı üzərində qurduğumuz nəzarət buraxılış məntəqəsini ya ləğv etsin, ya da sülhməramlı adlanan Rusiya silahlı qüvvələrinin tabeçiliyinə keçirsin".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli bu gün Sitat TV-nin efirində səsləndirib.
O bildirib ki, ruslar nəzarət prosesində iştirak etməyə can atır: "Bir neçə gündür ki, danışıqlar gedir. Əvvəl hələ vəzifəsindən çıxmazdan öncə Volkovla danışıqlar getdi. O təklif etmişdi ki, gəlin Rusiya sülhməramlılarının və Azərbaycan sərhəd qoşunlarının birgə iştirakı ilə sərhəd-buraxılış məntəqəsini çalışdıraq. Aparatları, skayner avadanlıqlarını, elektrik, su və digər təchizatları siz həll edin, X-ray aparatlarını da siz alıb gətirin, amma yolda təhlükəsizliyi birlikdə qoruyaq. Rusiya şərt qoydu ki, bizsiz sərhəd buraxılış məntəqəsi işləməsin".
Q.Hüseynli bildirdi ki, hələ ki, bu məsələdə konsensus əldə edilməyib: "Azərbaycan bunu rədd etdi və bildirdi ki, sərhəd suveren bir respublikanın başlıca artibutudur. Bu məsələdə hələ ki, konsensus görünmür. Təhdid və hansısa şantaj elementləri də yoxdur. Azərbaycan Ordusundan çəkinirlər, kompromis axtarmağa çalışırlar. Söhbət birgə nəzarətdən gedir. Azərbaycan hələ ki, buna razı deyil və çox güman ki, razı olmayacaq.
Nərgiz,
Sitat.info