"Moskva artıq Araik Artunyana etibar etmir: Ona görə də Xankəndidə..." Taleh Əliyev

18:24 27 Aprel 2023

"Bu gün Xankəndi İrəvana deyil, Moskvaya bağlı bir rejim halına gəlib. Faktiki sülhməramlı qüvvələr demək olar ki, o rejimin əvəzindən çıxış edir, onların adından sənəd yayırlar".

Sitat.info xəbər verir ki, bu sözləri Sitat TV-nin efirində Ümid partiyası  İcra Aparatının rəhbəri Taleh Əliyev deyib.

O bildirib ki, Moskva artıq separatçıların başçısı Araik Arutunyana etibar etmir:

"Bu gün Moskva Araikə o qədər də etimad etmir. Ona görə də Vardanyanı ora gətirmək istəyirdi.

Son zamanlar qondarma rejimin kağız parçası olan Konstitusiyasında ona görə dəyişiklik oldu ki, prezident kənarlaşdırdıqdan sonra parlamentin əli ilə boş qalmış posta öz adamlarını yerləşdirə bilsinlər. Bütün bu ssenarilər Moskvanın bir mərhələdən sonra aydın olunan, öncədən planlaşdırıldığı məlum olmayan ssenarinin tərkib hissələridir. Bunlar 3-5 erməninin yığışıb, hansısa qərar verməsinin nəticəsi deyil".

T.Əliyev hesab edir ki, Rusiya tərəfi Laçındakı sərhəd-keçid məntəqəsinin birdəfəlik ləğvini istəyir: " Sərhəd-keçid məntəqəsinə qoyulan rentgen aparatlarının arxasında rusla durası deyil ki... Onsuz da iki ildən sonra onlar gedir. Ona görə də çox diqqətli olmalıyıq. Hər an ermənilərin  təxribatı ilə qarşılaşa bilərik".

Səid,

Sitat.info

 



Xəbər xətti