"Laçında postun qrulması gedən prosesləri Azərbaycanın xeyrinə xeyli dərəcədə dəyişir. Ona görə ki, bundan sonra separatçılara silah-sursatın gətirilməsi, terrorçuların istədiyi kimi Qarabağa daxil olması mümkün olmayacaq. Artıq onlar bu vəziyyətdən istifadə edə bilməyəcəklər. Mən ümid edirəm ki, Azərbaycanəın hərbi-siyasi rəhbərliyini bu məsələnin tezliklə yekunlaşması üçün əllərindən gələni edəcəklər".
Sitat.info xəıbər verir ki, bu sözləri Müsavat TV-nin efirində hərbi ekspert Üzeyir Cəfərov deyib.
O vurğulayıb ki, Azərbaycan ordusu separatçıları təmizləməkdə tərəddüd etməməli, vaxt itirməməlidir: "Bəzən dostlar deyirlər ki, tələsmək lazım deyil, tədricən iş aparılmalıdır. Amma biz öz ərazimizdə niyə tələsməməliyik, nəyi gözləyirik. O yaramazlar oradan çıxmalıdır. Əraziyə aidiyyatı olmayanlar hamısı çıxarılmalıdır. Ermənini, rusu başımıza çıxarmışıq. Sonra isə deyirik ki, gəlin onlarla mehriban davranaq. Elə ona görə idman oyunlarında belə təxribat elədilər. Erməni ilə rusun düzəlməsi mümkün deyil. Erməninin üzərinə getmək lazımdır".
Ü.Cəfərov bildirdi ki, Azərbaycanda bir qələbə eyforiyası var: "Qələbə qazanmışıq, qalan məsələləri də prezident həll edəcək. O zaman bu nazirləri, məmur ordusunu saxlamağa nə ehtiyac var. Hərənin öz fəaliyyət dairəsi var. Biz o postu heç kimin ruhu incimədən qurduq. Volkovun ordusu niyə qabağımızı kəsmədi? Onları yerində oturtduq, yerlərini göstərdik. Bu torpağın sahibi Azərbaycan insanıdır. Azərbaycan insanına rus və erməni imkan vermir. Dünya dəyişir, XXI əsrdir, onları dövrü deyil. Xankəndi məsələsinin artıq bizim üçün asanlaşır. Buna heç kim, heç nə deyə bilməz. Azərbaycan öz ərazi bütövlüyünü təmin edir".
Nərgiz,
Sitat.info