"ABŞ dövlət katibi Blinken fəal olaraq Azərbaycan və Ermənistan arasında vasitəçilik təşəbbüslərini davam etdirir. Son aylarda xeyli dövlət departamenti rəsmisi Azərbaycan və Ermənistana səfər edib. Əsas məqsədləri Azərbaycan və Ermənistan sülhə nail olmasıdır. ABŞ aktiv şəkildə bu prosesdə iştirak edir. Bu Azərbaycanın maraqlarına cavab verir. Düşünürəm ki, bu fikrim Ermənistana da aiddir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O vurğulayıb ki, Ermənistanın baş naziri Azərbaycana sülh sazişinin vacibliyini, Azərbaycanın ərazi bütövlüyünün tanımasını söyləsə də, Ermənistan Qarabağ məsələsində təxribat mövqeyini davam etdirdiyinə görə sülh sazişinin imzalanması gecikir: "Amerika da tələsdirir ki Rusiya bölgəyə təzyiq etməyə çalışır. Nə qədər ki Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb, Azərbaycanla Ermənistanın sülh sazişi imzalaması perspektivi var. Əsas Paşinyanı yola gətirməkdir Vaşinqton bu istiqamətdə çalışır".
E.Şahinoğlu əlavə edib ki, Paşinyanın başqa yolu yoxdur: "Xəbərlər də yayılmışdı ki, may ayında Azərbaycan və Ermənistan liderlərinin görüşünü Vaşinqtonda təşkil etmək istəyirlər. Mənə elə gəlir ki, perspektiv var. Artıq Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd -keçid məntəqəsin yaradıb və Qarabağda separatizmə də son qoyulur. Paşinyanın başqa alternativi yoxdur və sülh sazişini imzalamalıdır. Paşinyanın ehtiyat etdiyi məsələ odur ki, Kremlin reaksiyası necə olacaq? Çünki Kreml Vaşinqtonun bu vasitəçiliyinə paxıllıqla yanaşacaq və qarşısını almağa çalışacaq. Ermənistanda da ara qarışa bilər. Brüsseldə də görüşlər təşkil edib sülh sazişinin imzalanmasını sürətləndirmək olar".
Səid İsaoğlu,
Sitat.info