Rusiya sülhməramlılarının vəzifəsi müharibənin qarşısını almaqdır! - Sərdar Cəlaloğlu

18:26 28 Aprel 2023

"Rusiya sülhməramlı qüvvələrinin Laçın yolunda Azərbaycan dövlət nəzarət orqanlarının fəaliyyətinə müdaxilə etmək ixtiyarı yoxdur".

Bu barədə Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, Üçtərəfli bəyanata əsasən onlar yalnız Azərbaycan - Ermənistan arasında müharibənin qarşısını almaq və eləcə də Azərbaycanın suverenliyini geri qaytarmaq funksiyasını yerinə yetirirlər: "Bundan əlavə rusların orada hər hansı bir iş görmək ixtiyarı yoxdur. Azərbaycan buna qətiyyən icazə verməməlidir".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti