Vətəndaşlığı qəbul etməyənlər viza ilə daxil olmalıdır - Partiya sədri

17:04 1 May 2023

"Azərbaycan əgər Laçın-Xankəndi yolunu başlanğıcında dövlət nəzarət orqanlarının fəaliyyətini bərpa edibsə, digər buraxılış məntəqlərində hansı prinsiplər, metodlar tətbiq olunursa, elə burda da o metodlar tətbiq olunmalıdır".

Bu fikri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki,  Azərbaycan vətəndaşı olmayanlar viza ilə Azərbaycan ərazisinə girməlidir, fərqi yoxdur Xankəndidə yaşıyır, ya yox: " Rüsum və məhdudiyyətlər tətbiq olunmalıdır. Yəni onların gətirdikləri ərzaq, geyim və s məhsullara. Bütünlükdə gömrük xidməti sərhəddən keçirilən mallarla bağlı hansı qərarı qəbul edibsə və yaxud bizim sərhəd qoşunları hansı digər şərtləri qoyursa, Şuşa-Laçın yoluna da eyni qaydalar qoyulmalıdır".

S.Cəlaloğlu hesab edir ki, bu da Azərbaycan dövlət Konstitusiyasına uyğundur: "Ona görə də mənə elə gəlir ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin günaşırı  Ermənistana gedib Qarabağa gəlməsinə icazə vermək olmaz. Ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da Azərbaycana viza ilə daxil olmalıdırlar".

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti