“Tərtər işi” üzrə daha 4 hərbçi hakim qarşısına çıxarılır

11:41 4 May 2023

“Tərtər işi” üzrə daha 4 hərbçi hakim qarşısına çıxarılır.

Sitat.info qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevdir. İttiham olunan 4 nəfərin işi üzrə cinayət işi Bakı Hərbi Məhkəməsinin icraatına daxil olub. Prosesə hakim Camal Ramazanov sədrlik edəcək.

Cinayət işi üzrə 185 nəfər zərərçəkmiş qismində tanınıb. Məhkəmə iclasları zalların genişliyi baxımından Sumqayıt Məhkəmə Kompleksində keçiriləcək.

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.

Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.



Xəbər xətti